1. Tektonikada: Yer qabığının enmiş, yaxud əyilmiş hissələri.
Tektonik Ç. dağəmələgəlmə, vulkanik proseslər, litosfer tavalarının hərəkəti nəticəsində yaranır (məs.: okean çökəklikləri).
2. Geomorfologiyada: Yer səthində müxtəlif mənşəli mənfi relyef formaları, ətraf əraziyə nisbətən alçaq sahələr.
Ç. quru, yaxud su ilə dolu olur. Onlar həm təbii (eroziya, suffoziya və s.) səbəblərdən, həm də antropogen təsir nəticəsində (açıq mədənlər, digər qazıntı işləri, süni göllər) nəticəsində yarana bilər.
Coğrafiya terminləri lüğəti