1. Canlı şeyin halı. □ ...gözlərində, üzündə, bütün hərəkətlərində qeyri-adi bir canlılıq vardı... (M.İbrahimov).
2. Təsir, qüvvə. □ Hisslərin canlılığı. Təəssüratın canlılığı.
3. Aydınlıq, parlaqlıq, barizlik. □ Canlılıq və həyatilik etibarilə Səməd Vurğunun obrazları xüsusi bir qüvvəyə malikdir. (Mir Cəlal).
4. Məcazi mənada: həyat, dirçəliş, şənlik, şən əhvali-ruhiyyə. □ Züleyxa... kitabxanaya nə isə qeyri-adi bir canlılıq və həyat gətirmişdi.