Reklam
Reklam

Etimologiya lüğəti

öküz

Güman ki, bu alınma sözdür, bizdə onun yerinə ud sözü işlədilib. Öküzçü əvəzinə udçu demişik. 4 yaşdan yuxarı olan heyvana ök deyiblər. Ögüz sözü də qeydə alınıb və “çay” (река) mənasını əks etdirir. Bunların heç bir qohumluğu yoxdur. Toxarların dilində okso sözü olub və ruscaya “бык” kimi tərcümə edilib. Öküz onun dəyişmiş forması ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti