1. Hər hansı bir şeyi ölçmək üçün qəbul edilmiş vahid. □ Uzunluq ölçüsü.
2. Məcazi mənada: bir şəxsə, ya şeyə qiymət vermək, müqayisə etmək üçün əsas götürülən şey. □ Hər kəs öz ölçüsü ilə ölçər. (Atalar sözü).
3. Hər hansı bir şeyin müəyyən vahidlər əsasında təyin edilən böyüklüyü, kiçikliyi, biçimi, həcmi, dərəcəsi; hüdud, hədd, sərhəd,çərçivə. □ Qızların hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi. (M.S.Ordubadi).
4. Ölçmə işi; ölçmə. □ Sahədə ölçü işləri aparılır.
5. Məcazi mənada: əhatə dairəsi, görüş dairəsi. □ ..Sən dar düşünürsən, ölçün balacadır. (M.İbrahimov).
Həmçinin bax: