Türk xalqlarına məxsus qədim şeir şəkillərindən biri; şeirləşmə.
Aşıq vә akınların deyişmәsini xatırladır, adәtәn, şәn musiqi ilә müşayiәt edilirdi. XV–XVI әsrlərdə özbәk xalqı arasında Ö. hәm şeir şәkli, hәm dә mahnı kimi geniş yayılmışdı. O, tәbiәt kultu ilә bağlı idi, buna görә dә hәmin şeirlәrdә tәbiәtin vәsfinә daha çox diqqәt yetirilirdi. Suya, yağmura müraciәt motivi Ö.-lərdə tez-tez tәkrarlanırdı:
Göydәn-göydən nә gәlәr,
Damla-damla yağmur gәlәr,
Anbarlar dolu-dolu,
Sәnәklәr sulu-sulu,
Bizdәn hәrәkәt,
Yerdәn bәrәkәt,
Göydәn yağmur
Ver, Tanrım, ver...
Ö. şeir şəklinin Abay Kunanbayev tərəfindən yaradılmış özünəməxsus forması da var ki, o, Abay öleni adlanır. 7 misralıq bu şeirin misralarından dördü yeddi-sәkkiz, qalan üçü isə üç-beş hecadan ibarәtdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti