Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

ölkə

1. Siyasi və sosial-iqtisadi coğrafiyada: inzibati ərazi vahidi, müəyyən sərhədləri olan dövlət.

Ö. cəmiyyətin mədəni, siyasi-hüquqi cəhətdən təşkilatlanmasının mühüm formasıdır, buna görə də bir çox hallarda “dövlət” anlayışı ilə eyniləşdirilir, onun sərhədləri isə dövlət sərhədi adlandırılır.

2. Fiziki coğrafiyada: coğrafi mövqeyinə, makrorelyefinə, digər əlamətlərinə görə ümumilik təşkil edən böyük ərazi; məs.: Aralıq dənizi Ö.-ləri, dağlıq Ö.-lər, tropik Ö.-lər və s.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti