1. İnsan, heyvan və ya bitkinin doğuluşundan ölümünə qədərki fizioloji vəziyyəti; həyat. □ Qürbətdə keçən ömür nə dəmirdir, nə kömür. (Atalar sözü).
2. Ömrümdə, ömründə şəklində – heç bir zaman, heç vaxt, qətiyyən. □ Ömründə gəlməyib doğru dilinə. (Q.Zakir).
3. Nitq etiketi. Ömrüm-günüm şəklində – nəvazişlə, mehribanlıqla müraciət. □ ..Bəs mənim balamı niyə gətirmədin, ömrüm-günüm? (M.Hüseyn).
Həmçinin bax: