Reklam
Reklam

Etimologiya lüğəti

örnək

Sözün əsli örmək (hörmək) kimi olub. Mənası “nümunə, ülgü, qəlib” de­məkdir. Əl işləri (tikiş, naxış..) ilə məşğul olan şəxslərə (xüsusən qızlara) nəyisə hörmək üçün hazır nümunə veriblər, onlar da nümunələrə uyğun şeylər hörüblər. Macar alimi Vamberi həmin kəlmə ilə görmək feili arasında eyniyyət olduğunu söyləyir: görnək! (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti