Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

üçlük [üçlüx'] isim

1. Arxaizm. Üç manat qiymətində olan kağız pul; üçmanatlıq. Mənə deyir, üçlüyü cibimdən salıb itirmişəm. (Ə.Haqverdiyev).

2. Kart oyununda üçxallı kağız.

3. Sifət kimi: üç nömrəli. Üçlük mıx. Üçlük taxta.

4. Üç çalğıçıdan ibarət musiqiçilər dəstəsi; trio, üç nəfərdən ibarət ansambl. Azərbaycan xalq çalğı alətləri üçlüyü. Banduristlər üçlüyü.

5. Bir iş üçün təyin edilmiş üç şəxsdən ibarət komissiya, ya müvəqqəti orqan. Rayonda təcili tədbir üçün üçlük düzəldilmişdir. (Mir Cəlal).

Azərbaycan dilinin izahlı lüğəti