Reklam
Reklam

Etimologiya lüğəti

ülgüc

Mənbələrdə yolğuc kimi qeydə alınıb. Yolmaq kəlməsi ilə bağlıdır (ehtimal ki, yonyol eyni söz olub). Yuli (брить), yoluq (бритый) sözlərimiz də olub. Yolğuc sözü ülgüc şəklində tam formalaşdıqdan sonra birinci kəlmə (yolğuc) mə­nasını dəyişmiş və шипцы anlamında işlədilməyə başlamışdır. “Yoluğun biridir” deyirik. Buradakı yoluq kəlməsi elə “qırxılmış” (lüt) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti