Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ümidsiz [ümitsiz] sifət

1. Heç bir ümid verməyən, ümid edilməyən, arxayın etməyən. Ümidsiz cavab.

2. Zərf kimi: heç bir ümid verməyən, ümid edilməyən, arxayın etməyən. Ümidsiz danışmaq.

3. Ümidini kəsmiş, məyus, naümid.Teymur isə o qədər də ümidsiz deyildi. (M.Hüseyn).

4. Zərf kimi: ümidini kəsmiş, məyus, naümid.Qulu bu dəfə ümidsiz və könülsüz gəldi. (A.Şaiq).

5. Sağalmasına, xilas olmasına, qurtarmasına ümid olmayan, çarəsiz (ağır xəstə haqqında). Qüdrət ümidsiz ağır yataqdan qalxmışdı. (Mir Cəlal).

Azərbaycan dilinin izahlı lüğəti