Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şöhrət [şöhrət] isim ərəb

1. Zəhmət, xidmət, istedad, məharət və s. nəticəsində hamı tərəfindən tanınma; məşhur olma, şərəfli ad qazanma, məşhurluq, ad-san. □ Əmək şöhrəti. Artistin şöhrəti. 
2. Şöhrətbazlıq, şöhrət düşkünlüyü. □ Teymurbəyi ... sövq edən yeganə amil şöhrət və heysiyyət məsələsi idi. (Y.V.Çəmənzəminli).
3. Şan, şərəf, iftixar. □ Hər kəndə, hər şəhərə zinətdir bayrağımız; Alnıaçıq hər kəsə şöhrətdir bayrağımız. (S.Rüstəm).

Azərbaycan dilinin izahlı lüğəti