1. Siyasi partiyanın müəyyən tarixi şəraitdə kütlələr qarşısında irəli sürdüyü rəhbər ideyanı, vəzifəni və ya tələbi qısa və aydın şəkildə ifadə edən müraciət; çağırış.
2. Üstündə belə çağırış sözləri olan plakat. □ Nümayişçilərin əllərində şüarlar irəliləyirdilər.
3. Məcazi mənada: bir şəxsin məsləkini, hərəkət tərzini, məqsəd və ya tələbini ifadə edən kəlam və ya ifadə. □ Hacı Rüstəmin həmişə şüarı bu idi: “Fürsəti fövt eyləməz aqil, məgər nadan ola”. (Ə.Haqverdiyev).