1. Dərrakə, anlaq, düşünmə; dərk etmə, anlama qabiliyyəti; şüurluluq. □ Şüurun inkişafı tərbiyənin ən əsas məqsədlərindən biridir.
2. Düşüncə, ağıl, fəhm. □ ...şüurum belə bir işdən çəkinməyi mənə tövsiyə edirdi. (S.Hüseyn).
3. Qanacaq.
4. İctimai həyatın insan və ya bir qrup adam tərəfindən dərk edilməsi, başa düşülməsi, anlaşılması. □ Siyasi şüurun artması. Vətəndaşlıq şüuru.
5. Fəlsəfə. Psixologiya. İnsan beyninin gerçəkliyi əks etdirmə prosesi. □ Şüur beynin funksiyasıdır.
6. Müəyyən ictimai sinifləri təmsil edən adamların psixologiyası, siyasi və fəlsəfi baxışları, dini, bədii və s. görüşləri. □ Varlıq şüuru müəyyən edir. İctimai şüur.
Həmçinin bax: