Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şüurlu [şu:rru] sifət

1. Şüuru olan, anlaqlı, dərrakəli, düşüncəli, fəhmli, qanacaqlı. □ Şüurlu tələbə. Şüurlu uşaq.
2. Şüurun inkişafı ilə, şüurla bağlı olan. □ Şüurlu yaş. Şüurlu həyat.
3. Hər hansı bir görüşə, prinsipə istinad edən. □ Şüurlu ateist. Şüurlu materialist.
4. Zərf kimi: ağılla düşünərək, fikirləşərək. □ İşə şüurlu yanaşmaq.
5. Qəsdən, qərəzlə, bilə-bilə edilən. □ Şüurlu hərəkət.

Azərbaycan dilinin izahlı lüğəti