Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sərt [sərt] sifət

1. Bərk, möhkəm. □ Sərt daş. 
2. Şiddətli, kəskin (yumşaq, mülayim ziddi). □ Sərt iqlim. Sərt soyuq. Sərt şaxta. Sərt külək.
3. Zərf kimi: şiddətli, kəskin (yumşaq, mülayim ziddi). □  Ellərə car çəkən payızın səsi; Düzlərdə sərt əsən küləklərdədir. (N.Xəzri).
4. Məcazi mənada: qaba, kobud, tünd, kəskin. □ Sərt adam. Sərt xasiyyət. 
5. Cod, yumşaq olmayan. □ Sərt tük. Sərt yun. Sərt parça.

Həmçinin bax:

jurnalistika: sərt disk Azərbaycan dilinin izahlı lüğəti