Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şaşqın [şaşqın] sifət

1. Nə edəcəyini bilməyəcək dərəcədə fikirli, özünü itirmiş, çaşmış, çaşıb qalmış, qarıxmış, çaşqın. □ Fikri şaşqın, qəlbi həyəcanlı idi. (M.İbrahimov).
2. Zərf kimi: nə edəcəyini bilməyəcək dərəcədə fikirli, özünü itirmiş, çaşmış, çaşıb qalmış, qarıxmış, çaşqın. □ ...kömək gözləyən kimi, şaşqın o yan-bu yanına baxdı. (T.Ş.Simurq).
3. Sərsəm, ağlını itirmiş. □ Şaşqındır o divanə; Gəl, gəl, oluruz rüsva. (H.Cavid).
4. İsim kimi: şaşqın adam. □ Əvət, şaşqınlar daim əsəbi və bədbin olurlar. (H.Cavid).

Azərbaycan dilinin izahlı lüğəti