Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şah1 [şah] isim fars

1. Tarix. Keçmişdə İran və Əfqanıstanda padşahın, hökmdarın titulu, həmçinin bu titulu daşıyan şəxs. □ İmamlar, nəbilər, sultanlar, şahlar; Min il at oynatdı kürəyimizdə. (S.Vurğun). 
2. Şahmat oyununda baş fiqur.
3. Məcazi mənada: ən birinci, ən yaxşı, ən nümunəvi. □ ...“Ölülər” Azərbaycan dramaturgiyasının şah əsəri sayıla bilər. (M.İbrahimov).
4. Məcazi mənada: obrazlı təşbehlərdə seçilən, başda duran, birinci yeri tutan. □ Gözəllər sultanı, mələklər şahı; Ala gözlü xanım, getmə, amandı. (Aşıq Ələsgər).
5.  Zoologiya. Arı ailəsində dişi arıya deyilir. □ Hər yuvada bir dişi arı olar, ona şah deyərlər. (S.S.Axundov).

şah2 [şah]

Atın dal ayaqları üstündə qalxıb durması. □ At şahə qalxdı.

Həmçinin bax:

frazeologizm: quşla şah seçmək frazeologizm: Şah Abbası taxtda görüb, Nadiri qundaqda frazeologizm: şah tənbəli Azərbaycan dilinin izahlı lüğəti