Şahın ov quşlarının hamısında birlikdə şahin (şah quşu) deyiblər. Bizdə onun yerinə bayqu işlədilib (“Əsli və Kərəm”də “Bayqunun məskənin sar aldı getdi...” misrası var). Şahin bizim dilə keçdikdən sonra bayqu arxaikləşib, şahin “şah quşu” demək olduğu kimi, bayqu da “bəy quşu” demək olub. Bunun “İzahlı lüğət”in yazdığının əksinə olaraq, bayquş sözü ilə heç bir əlaqəsi yoxdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti