1. Plitə şəklində iri, bütöv yastı daş parçası. □ Həyətinə sal daşı döşənmiş ev iki kəllə, bir orta otaqdan ibarətdir. (Ə.Vəliyev).
2. Sifət kimi: iri, bütöv. □ Sal buz.
3. Sifət kimi: lay, təbəqə şəklində olan. □ Bu zaman göy qübbəsi sal dəmirə dönür. (S.Rəhimov).
4. Üzərində suda üzmək, şey daşımaq və ya bir sahildən o biri sahilə keçmək üçün bir və ya bir neçə sıra bir-birinə bağlanmış albanlardan ibarət nəqliyyat vasitəsi. □ Salın üstündəkilərdən kim isə su üzərindəki səyahətdən nəşələnərək bir ağız bayatı çağırdı. (Ə.Sadıq).