Reklam
Reklam

Etimologiya lüğəti

şalvar

Tatar dilində çalbar kimi işlədilir, məncə, çal (geyin)bar (var, get) sözlərindən əmələ gəlib. Pencəksiz bayıra çıxmaq bir o qədər də eyib sayılmır, amma şalvarsız kiməsə görünmək qəbahətdir. Ona görə də yalnız şalvarı geyindikdən sonra harasa getmək məqbuldur. Deməli, şalvar tarixən “əvvəl geyin, sonra həyət-bacaya çıx” anlamını əks etdirib. Başqa yozuma görə alınma sözdür, bəzi türk dillərində ona budqabı deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti