fr. chef – rəis + fr. redacteur < lat. redactus < redigere – hərəkətə gətirmək
Kütləvi informasiya vasitəsində yaradıcılıq işləri üzrə rəhbər.
Ş-R. – baş redaktorun əsas köməkçisidir. O, nəşrin konsepsiyasının hazırlanmasında iştirak edir, redaktorlar korpusunun işinə rəhbərliyi və kollektivin yaradıcılıq fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Böyük media-holdinqlərdə hər nəşrin öz Ş-R.-u ola bilər.
Jurnalistika terminləri lüğəti