1. Oynaqlıq, şivəlilik, nazlılıq, gülərüzlülük; naz, şivə, sərbəst və nazlı hərəkət. □ Həmzəyə həmişəki kimi, yenə də Sonanın bu şuxluğu çox xoş gəldi. (Ə.Əbülhəsən).
2. Qəşənglik, incəlik, zəriflik, məlahət. □ ...əndamına şuxluq verən xüsusiyyətlərdən birisi də boyunlarının ağlığı və uzunluğudur. (M.S.Ordubadi).
3. Məcazi mənada: zarafat.