1. Klassik ədəbiyyatda təəccüblü, qəribə; əyləncəli, məzəli mənalarında işlənmişdir. □ Zahida, sən ki bilirsən özünü hal əhli; Bir öz əhvalını bilməzsən, əcəb halın var. (S.Ə.Şirvani).
2. Çox yaxşı, çox gözəl, əla. □ Əcəb mənzərədir. Əcəb kitabdır.
3. Modal söz kimi: görəsən (təəccüb bildirir). □ Əcəb, nə oldu ki, gəlib çıxmadı?
4. Modal söz kimi: bəli, hə (təsdiq bildirir). □ – Sən yemək yeyəcəksənmi? – Əcəb.
5. İntonasiyadan asılı olaraq təəccüb, narazılıq, bəzən istehza, kinayə bildirir. □ Əcəb işə düşdük?! Əcəb bizi avara qoydun! Əcəb adamsan! Əcəb xanəndə imiş! Əcəb işdir! Əcəb intizamlı imişsən!
Həmçinin bax: