1. Klassik ədəbiyyatda alçaq, rəzil, nanəcib mənalarında işlənmişdir. □ Şah Abbas cabbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. (M.F.Axundzadə).
2. Arxaizm. İsim kimi: keçmişdə aşağı təbəqədən, qara camaatdan olan adama verilən ad. □ Qibleyi-aləm! Siz padşahsınız, mən rəiyyət və ədna. (Ə.Haqverdiyev).