Materiklərin daxili hissələrində, xüsusən də quraq iqlimli sahələrdə dənizə və ya okeana birbaşa çıxışı olmayan çay və ya göl hövzəsi.
Avstraliya və Afrika materiklərində A.H.-lər daha çoxdur. Avrasiya materikində A.H.-lərə Xəzər və Aral dənizləri, Balxaş, Lobnor və s. göllər misaldır. Avropa qitəsinin ən uzun çayı olan Volqa axarsız Xəzər dənizi hövzəsinə, Mərkəzi Asiyanın böyük suvarma əhəmiyyətinə malik olan çayları Amu-dərya və Sır-dərya axarsız Aral dənizi hövzəsinə aiddir.
Coğrafiya terminləri lüğəti