Hesablama əməliyyatları aparmaq üçün xüsusi lövhə.
Bu lövhə zolaqlara bölünür və zolaqlardakı daşları hərəkət etdirməklə hesablama aparılır. Abak M.ö. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada istifadə olunmuşdur. Müasir dövrdə bir sıra məktəblərdə mental hesabı öyrətmək üçün tətbiq olunur.
