1. Arxaizm. Sulu, şirəli, təravətli, lətafətli. □ Nazənin qız .. yanaqları kimi qızarmış bir qızılgül dərib, şirmayı əli ilə abdar ləblərinə yaxınlaşdıraraq .. hovuz üstünə atılıb, qurulan kürsünün üstündə oturdu. (C.Cabbarlı)
2. Arxaizm. Məcazi mənada: mənalı, təsirli, gözəl ifadəli. □ – Pəh-pəh, doğrudan da, zalım oğlunun necə abdar qələmi var. (C.Məmmədquluzadə)
3. Arxaizm. Məcazi mənada: möhkəm və iti. □ Çox məni incitmə, tiği-abidarımdan saqın! (M.Füzuli)
Azərbaycan dilinin izahlı lüğəti