lat. ablatio – dağılma, azalma
1. Buzlaq kütləsinin ərimə, buxarlanma və ya mexaniki parçalanma yolu ilə azalması.
Bu proses qar xəttindən aşağıda yerləşən zirvələrdə daha çox müşahidə olunur. A. zamanı buzlaqlarla qidalanan çoxlu çaylar və göllər əmələ gəlir. Tyan-Şan, Himalay, Qaraqorum və bu kimi yüksək dağlarda olan buzlaq kütləsi ildən-ilə azalmaqdadır.
2. Qaya süxurlarının külək və suyun təsiri ilə azalması, yuyulması.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti