Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

abstraksiya [apstrak'siya]  isim lat. abstractio – ayırma, təcridetmə

1. İdrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərini xəyali olaraq ayıran, ona “təmiz” şəkildə baxmağa imkan verən tədqiqat metodu. Abstraksiya metodu.

2. Mücərrəd məfhum, konkret bir şeyə aid olmayan mülahizə. Abstraksiya sayılan fikir.

Azərbaycan dilinin izahlı lüğəti