Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ac [ac] sifət

1. Yeməyə ehtiyacı olan. □ Ac adam. Ac qalmaq. Toxun acdan xəbəri olmaz. (Atalar sözü). Ac toyuq yuxuda darı görər. (Atalar sözü)

2. Məcazi mənada: son dərəcə yoxsul, kasıb, fağır, möhtac. Hamı oranı "ac insanlar ölkəsi" adlandırırdı.

3. Məcazi mənada: tamahkar, həris, gözüdoymaz. □ Acın qarnı doyar, gözü doymaz. (Atalar sözü)

Həmçinin bax:

frazeologizm: ac qoymaq frazeologizm: ac qulağım, dinc qulağım frazeologizm: bir qarnı ac, bir qarnı tox frazeologizm: əksini çörək üstünə vursan, ac it də yeməz Azərbaycan dilinin izahlı lüğəti