Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

acı [acı] sifət

1. Dili-ağzı yandıran, kinə, xardal və s. dadında olan. □ Acı dad. Acı dərman. Acı istiot. Acı soğan.

2. Məcazi mənada: məşəqqətli, əziyyətli, kədərlə dolu. □ Acı həyat. Acı tale. Acı günlər. O həyatı boyu çox acılar çəkmişdi.

3. İsim kimi məcazi mənada: fəlakət, əziyyət, məşəqqət, ağrı, əzab. □ Acılarını yada salmaq.

4. Məcazi mənada: xoşa gəlməyən, qəlbə toxunan, ağır, pis, qaba, kobud. □ Acı söz. Acı danışıq. Acı danışan şirin söz eşitməz.

5. Məcazi mənada: ibrətamiz, nəticəsi pis olan, təəssüf ediləcək. □ Keçən ilin acı təcrübəsindən nəticə çıxarmaq lazımdır.

Həmçinin bax:

frazeologizm: acı çəkmək frazeologizm: bir şirinin xatirinə yüz acını udmaq frazeologizm: gözünün acısını almaq frazeologizm: yüz acını bir şirinin xatirinə udmaq Azərbaycan dilinin izahlı lüğəti