Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

aldatmaq [aldatmax] feil

1. Qəsdən yayındırmaq, başını tovlamaq, yoldan çıxarmaq.Təcrübəsiz adamı aldatmaq asandır.
2. Yalan danışmaq, əsli olmayan bir şeyi doğru bir şey kimi göstərmək.Xacə, aldatma bizləri sözünə! (M.Ə.Sabir).
3. Sözünün üstündə durmamaq, vədini yerinə yetirməmək, vədini pozmaq.Gəlməyə söz vermişdi, aldatdı, gəlmədi.
4. Xəyanət etmək.Ərini aldatmaq. Arvadını aldatmaq.

Həmçinin bax:

frazeologizm: mədəsini aldatmaq frazeologizm: uşaq başı aldatmaq Azərbaycan dilinin izahlı lüğəti