1. İnsanın, heyvanın dalı, kürəyi, beli. □ Arxasına yükləmək. Arxasını çevirmək. Arxası üstə yerə gəlmək.
2. Bir şeyin dal tərəfi, geri tərəfi. □ Binanın arxa tərəfi məktəbdir.
3. Müharibə xəttinin dal tərəfində, gerisində olan yer (cəbhə müqabili). □ Arxada və cəbhədə. Arxada qalanlar cəbhəyə kömək edirdilər.
4. Məcazi mənada: kömək, havadar, dayaq, himayəçi. □ Balamsan sən, nəyimsən? Arxamsan, köməyimsən; Mən sənin əziz anan; Sən mənim diləyimsən (Bayatı).
5. Adətən “yeddi” sözü ilə bərabər məcazi mənada – nəsil, əcdad. □ Yeddi arxa qohum-əqrəba.
Həmçinin bax: