Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

arxeopteriks

archaeopteryx lithographica

Ən qədim quş.

Kələzquyruqlular yarımsinfindən  qazıntı halında tapılmışdır. Qarğa lələkləri A.-i quşlarla, kəlləsinin quruluşu, 20 fəqərədən ibarət uzun quyruğu, sümüklərində hava boşluğunun olmaması, zəif inkişaf etmiş tilsiz döş sümüyü və qarın qabırğaları sürünənlərə ortaq əlamətidir. Cəmi 3 skelet və lələk izləri aşkar edilmişdir. Meşədə yaşadığı və kiçik məsafəli uçuşlar etdiyi ehtimal olunur.

Biologiya terminlərinin izahlı lüğəti