Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

böhran [böhran] isim ərəb

1. İqtisadiyyat. Xırda istehsalatçıların iflasına, istehsalın azalmasına səbəb olan dövraşırı nisbi həddən artıq əmtəə istehsalı. İqtisadi böhran. Sənaye böhranı. Aqrar böhranı.
2. Qıtlıq. Yanacaq böhranı.
3. Xəstəliyin gedişində xəstənin vəziyyətinin ya yaxşılaşması, ya da pisləşməsi ilə nəticələnən dönüş nöqtəsi. Qızılcanın böhran dövrü.
4. Məcazi mənada: bir şeyin gedişində sərt dönüş, kəskin dəyişiklik. Xüsusən uşaq on dörd, on beş yaşlarında ikən çox mühüm bir böhran keçirmək zamanıdır. (A.Şaiq).
5. Məcazi mənada: ümumiyyətlə, ağır vəziyyət, ağır hal.O, əsəbi bir böhran keçirir.

Həmçinin bax:

jurnalistika: informasiya böhranı coğrafiya: demoqrafik böhran coğrafiya: ekoloji böhran Azərbaycan dilinin izahlı lüğəti