Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

bəbək [bəbəx'] isim

1. Göz giləsinin ortasındakı qara dairəcik. ..güzgüdə göz bəbəklərinin hərəkətini bir neçə kərə imtahandan keçirdi. (M.S.Ordubadi).
2. Körpə uşaq, çağa.O gözəl sevməli, ol nurlu bəbək; Yuxusundan oyanar əsnəyərək. (A.Səhhət).
3. “Göz” sözü ilə bərabər şəfqət və nəvazişlə müraciət.Dedi: – Oğlum! Göz bəbəyim, sən ey ömür çiçəyim; Tarixlərin şahididir mənim bu ağ birçəyim. (S.Vurğun).

Azərbaycan dilinin izahlı lüğəti