1. Arxaizm. Bir kitab mətninin bölündüyü hissələrindən hər biri (çox vaxt hər bab bir neçə fəslə bölünür). □ Gülüstanisəri-kuyin kitabın bab-bab, ey gül; Xətti-reyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. (M.Füzuli).
2. Arxaizm. Qapı, girəcək; böyük qapı.
3. Arxaizm. ...barədə, ...xüsusunda, ...cəhətdən. □ Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan və Sultan Mahmud Qəznəvidən əskik deyil. (M.F.Axundzadə).
Tay, cür, bərabər, uyğun, münasib, müvafiq, yaraşan. □ Hər işini bab elə, görən desin, ha belə. (Atalar sözü). Bablı babın tapmasa, işi ah – vayla keçər. (Atalar sözü).
Bax: babi.
Həmçinin bax: