Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

bacı [bacı] isim

1. Bir ata-anadan, yaxud bir atadan və ya bir anadan olan qızların bir-birinə və ya qardaşlarına olan qohumluq münasibəti. □ Doğma bacılar. Əkiz bacılar. Bacı ki, ərə getdi, ixtiyarı da səndən getdi. (Atalar sözü). Bu yurdun tacı bağlar; Meyvəsi acı bağlar, Ağrısa qardaş başı; Yenə də bacı ağlar. (Bayatı).
2. Tanış olmayan qadına, qıza ehtiramla müraciət, hörmət üçün qadınların adlarına, yaxud ləqəbinə əlavə olunur. □ Ey atalar, analar, ey gəlinlər, bacılar; Az keçər bahar kimi ürəyiniz açılar. (S.Rüstəm).

Həmçinin bax:

frazeologizm: Allahın bacısı oğludur Azərbaycan dilinin izahlı lüğəti