Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nitq bacarıqları

Başqalarından məlumat qəbul etmək, öz hiss və düşüncələrini onlara çatdırmaq üçün tələb olunan bacarıqlar.

İnsan dinləməklə və oxumaqla informasiya alır, danışmaqla və yazmaqla informasiya ötürür. Beləliklə, ün­siyyət prosesində dörd nitq bacarığından istifadə edi­lir: dinləmə, danışma, oxu yazı. İnformasiya qəbul etmək və informasiya ötürmək prosesi yazılı və şifahi yolla baş verir. Dinləmə və danışma şifahi nitq bacarıqlarıdır, çünki bu zaman informasiya səs əsasında təzahür edir. Oxu və yazı zamanı informasiya hərflərin əsasında təzahür etdiyindən oxu və yazı yazılı nitq bacarıqlarıdır. Dinləmə və oxu anlamaq, danışma və yazı özünü ifadə etmək məqsədi daşıyır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti