Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

bağ1 [bağ] isim

1. Meyvə ağacları əkilmiş sahə. □ Meyvə bağı. Alma bağı. Bağ salmaq. Bağ bağbansız olmaz, dəvə sarvansız. (Atalar sözü). Bağ salan barın yeyər. (Atalar sözü)
2. Müxtəlif ağaclar əkilmiş sahə; park. □ Şəhər bağı.
3. Məcazi mənada: güllük, çiçəklik, yaşıllıq yer. □ Mənim bağım, baharım, həm gülüm, həm bülbülüm sənsən. (S.Ə.Şirvani).
4. Dialekt. Yaylaq, şəhərdən kənarda bağ-bağat yer, istirahət yeri. □ Yayda ailəmiz bağa köçür.

bağ 2 [bağ] isim

1. Bağlamağa yarar hər şey, ip, kəndir, qaytan və s. □ Yükün bağlarını açmaq. Ayaqqabı bağı.

2. Dəstə, kom, bağlı şey, bağlama. □ ..haradansa bir bağ yonca gətirdi, saldı atların qabağına. (C.Məmmədquluzadə).
3. Məcazi mənada: bağlayan, birləşdirən, əlaqələndirən şey; əlaqə, rabitə mənasında. □ Dostluq bağları.

Həmçinin bax:

frazeologizm: bağ belə, bostan belə frazeologizm: bağları qırmaq frazeologizm: dağdan gəlib bağdakını qovmaq frazeologizm: nə coraba yamaqdır, nə tumana bağ Azərbaycan dilinin izahlı lüğəti