1. Bədənin ortası, qurşaq bağlanan yeri. □ İncə bel. Beli ağrımaq. Belinə qayış bağlamaq. Ağır yükün altına girənin beli sərpər. (Atalar sözü).
2. İnsanın və bəzi heyvanların qarnının arxa tərəfi, sağrı ilə çiyinlər arasındakı hissə; dal. □ Əyri bel. Beli bükülmüş. Yükü atın belinə qaldırmaq. Xoşbəxtlikdən bel dikələr, bədbəxtlikdən bel bükülər. (Atalar sözü)
3. Məcazi mənada: hündür dağın iki təpəsi arasındakı əyrilmiş yer və alçaq keçid. □ Min Qazaxda köhlən ata; Göy yaylaqlar belinə qalx. (S.Vurğun).
4. Məcazi mənada: dövrə, ətraf. □ Şəhərin belinə yarımqurşaq kimi dolanan minlərcə sahil işıqları yerə səpilmiş ulduzlar kimi sayrışırdı. (M.Hüseyn).
Sağ və ya sol yanında ayaqla basmaq üçün çıxıntısı olan uzun saplı qazma aləti. □ Dəmir bel. Bel ilə belləmək. Bir ağacdan bel də olur, kürək də. (Atalar sözü). Dəliyə yer ver, əlinə bel! (Atalar sözü).
Həmçinin bax: