Okean, dəniz və göllərin sahillərində, habelə çayların axınının qarşısında suyun qabağını kəsmək, yaxud səviyyəsini yüksəltmək üçün nəzərdə tutulmuş hidrotexniki qurğu.
B.-lər torpaqdan, daşdan, yaxud metal karkasdan və betondan tikilir, sahilləri möhkəmləndirmək, eroziyadan, suyun altında qalmaqdan qorumaq, süni göllər, su anbarları, suvarma sistemləri yaratmaq, habelə gəmiçilik şəraitini yaxşılaşdırmaq məqsədilə salınır. Onlardan su-elektrik stansiyalarında turbinləri hərəkətə gətirən su kütləsini artırmaq, suyun basqı qüvvəsini gücləndirmək üçün istifadə olunur. Süni B.-lərlə yanaşı, bəzən tektonik proseslər, torpaq və buz sürüşmələri nəticəsində təbii B.-lər də əmələ gəlir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti