1. Biçilmək tərzi; paltarın forması, fasonu, ülgüsü. □ Bu biçimdə paltar görməmişəm. Onun paltosunun biçimi çox gözəldir.
2. Şəkil, qayda, üsul, forma. □ Qəhrəman kağızı əlində müxtəlif biçimdə qatlayaraq, o tərəf-bu tərəfini hamarladı. (Ə.Vəliyev).
3. Ölçü, böyüklük. □ Küçələrdəki iki cərgə söyüd ağacları bir biçim və bir ölçüdə idi. (M.S.Ordubadi).
4. Bədən, boy-buxun, qədd-qamət mənasında. □ İnsanın biçimi. Qırx kişi var, bir boyda, bir biçimdə; Yatıb hamısı bir sandıq içində; Sandıq da babamın şalvar cibində. "Kibrit qutusu" (Tapmaca).Bir işi hiylə ilə həll etmək, iş görərkən tədbirli olmaq
Azərbaycan dilinin izahlı lüğəti