Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

bic1 [bic] sifət

Rəsmi nikah olmadan doğulan uşaq.

bic2 [bic] sifət

1. Çox hiyləgər, fəndgir (bəzən söyüş kimi işlənir).Bic adam. Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş. (Atalar sözü).
2. Məcazi mənada: çoxbilmiş, hər şeydən başçıxaran, zirək, tədbirli, ağıllı.Borc alan bicdir, borc verən gicdir. (Atalar sözü).

bic3 [bic] isim

Ağac və kolların kötüyündən, yaxud gövdəsinin alt hissəsindən çıxan xırda zoğ, haramı.

Azərbaycan dilinin izahlı lüğəti