Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

bilet [bilet] isim fransız

1. Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya, məktəbə və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd; ümumiyyətlə, sənəd vəsiqə.Partiya bileti. Həmkarlar ittifaqı bileti. Hərbi bilet. Tələbə bileti.
2. Maliyyə. Kağız pul. Dövlət xəzinəsi bileti. Kredit bileti. Bank bileti.
3. Bir yerə daxil olmaq, nəqliyyat vasitəsinə minmək, bir şeydən istifadə ixtiyarı verən vərəqə, kartoçka və s. Dəmiryol bileti. Tramvay bileti. Teatr bileti. Kino bileti. Bilet kassası. Heyvanxanaya bilet almaq.
4. Arxaizm. Pasport.İrəvanda da, deyirlər, vitse-konsulun köməkçisi biletin birinə İran rəiyyətindən düşəndə on manat alır. (C.Məmmədquluzadə).
5. İmtahanda tələbənin, şagirdin cavab verməli olduğu suallar yazılmış vərəqə. İmtahan bileti.

Azərbaycan dilinin izahlı lüğəti