1. Duruluğunu, saflığını, şəffaflığını, bərraqlığını itirmək. □ Arxın suyu bulandı. Dərin sular bulanmaz. (Atalar sözü).
2. Tutqunlaşmaq. □ Mayenin rəngi gah ağarır, gah da bulanırdı.
3. Bulaşmaq, batmaq, kirlənmək. □ Uşağın üst-başı palçığa bulandı.
4. Mədəsi qarışmaq, qusmaq ehtiyacı hiss etmək. □ Mədəsi bulanmaq. Ürəyi bulanmaq. Göz görməsə, könül bulanmaz. (Atalar sözü).
5. Məcazi mənada: pozulmaq, xarablaşmaq, qarışmaq, tutulmaq. □ Əhvalı bulanmaq.
6. Məcazi mənada: pozulmaq, xarablaşmaq, qarışmaq, tutulmaq (hava haqqında). □ Hava bulandı.
7. Məcazi mənada: coşmaq, həyəcanlanmaq. □ Bulandı dəryalar, həm daşdı sular; Qaynaqsız bulaqlar çayə dönübdür. (Aşıq Qurbani).
8. Məcazi mənada: ölgünləşmək, hissiz bir hala gəlmək, tutqunlaşmaq. □ Zehni bulanmaq. Gözləri bulanmaq.
Həmçinin bax: