Su buxarı kondensasiyası məhsullarının atmosferdən asılı və gözlə görünən toplusu.
Dünya okeanının səthində daim buxarlanma prosesi gedir. Su buxarı atmosferin soyuq layları ilə toqquşduqda onun kondensasiyası prosesi başlayır, B. əmələ gəlir. B. çox kiçikdiametrli su damcılarından, buz kristallarından və ya bunların qatışığından ibarət olur. Bəzi nadir növləri (sədəfi, gümüşü) istisna olmaqla, əsasən, atmosferin ən alt qatında – troposferdə yaranır. B.-lar müxtəlif tiplərə, növlərə bölünür. Əsas növlər bunlardır: topa, laylı və lələkvarı B.-lar. B.-u təşkil edən elementlər ağırlaşdıqda ondan ayrılır və yağıntı əmələ gətirir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti