Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

buludluluq

Görünən göy qübbəsinin buludlarla örtülmə dərəcəsi.

Beynəlxalq razılaşmaya əsasən, B. 10 ballıq şkala üzrə ölçülür. B. sıfır bal olduqda səma təmiz, 5 bal olduqda – göyün yarısı, 10 bal olduqda isə hamısı tam buludla örtülür. Yuxarı və aşağı mərtəbələrdə B. ayrı-ayrılıqda qiymətləndirilir. Yer kürəsində ən aşağı orta illik B. Asuan şəhəri üzərində (0,5 bal), ən yüksək B. isə Ağ dəniz üzərində (8,8 bal) müşahidə edilir. Tropikqütb enliklərində orta B. dərəcəsi aşağı, ekvatorial, subekvatorial, mülayim enliklərdə yüksək olur. B. hava və iqlimin formalaşmasına təsir edir, Yer səthinin soyumasının qarşısını alır, temperatur fərqlərini azaldır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti