Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

bulunmaq [bulummax] feil

1. Tapılmaq.Bulunur hər dərdə istərsən gülüstanda dəva. (M.Füzuli).

2. Olmaq. Maye halında bulunan şeylərin şəkli olmaz, onu hansı qaba töksən, o qabın şəkli və qalıbında olur. (H.Zərdabi).

3. Bəzi sözlərə qoşularaq mürəkkəb feil düzəldir. Axşamlar Səmədin yanına gəlib bir günlük fəaliyyəti haqqında məruzədə bulunardı. (B.Talıblı).

Azərbaycan dilinin izahlı lüğəti